Avstriya vǝ Almaniya sǝrhǝdlǝrini açıb

Avstriya vǝ Almaniyanın sǝrhǝdlǝrini açmasından sonra 850 nǝfǝrlik qaçqın qrupu Danimarkaya keçib.

343424
Avstriya vǝ Almaniya sǝrhǝdlǝrini açıb

Avstriya vǝ Almaniyanın sǝrhǝdlǝrini açmasından sonra 850 nǝfǝrlik qaçqın qrupu Danimarkaya keçib.
Bǝrǝ ilǝ Almaniyanın Puttqarden şǝhǝrindǝn Danimarkanın cǝnubundakı Rödby limanına çatan qaçqınların ümumilikdǝ İsveçǝ getmǝk istǝdiklǝri bildirilib.
Danimarkanın Baş naziri Lars Lökkǝ Rasmussen ötǝn gün axşam alman vǝ isveçli hǝmkarları ilǝ görüş keçirdiyini vǝ Danimarkaya gǝlǝn qaçqınları qǝbul edǝcǝklǝrini deyib.
Rasmussen qaçqınların böyük hissǝsinin buna baxmayaraq Danimarkada qalmaq istǝmǝdiklǝrini ifadǝ edib.
Qaçqınların Danimarkada qalmayaraq İsveçǝ getmǝk istǝmǝsinin ǝn önǝmli sǝbǝbi kimi bu ölkǝnin gǝlǝn bütün qaçqınlara müvǝqqǝti yaşamaq üçün icazǝ vǝsiqǝsi vermǝsi vǝ ailǝ birlǝşmǝsinǝ dǝ imkan yaratması göstǝrilir.
Danimarka isǝ ancaq 5 illiyinǝ icazǝ verir vǝ ilk il üçün ailǝ birlǝşmǝsinǝ imkan vermir. Ayrıca qaçqınlara aylıq olaraq verilǝn vǝsait yardımını da yaxın zamanda yarı yarıya ixtisar edib.
Qaçqınların Danimarkaya gǝldiyini eşidǝn aralarında danimarkalıların olduğu yüzlǝrlǝ insan qaçqınlara ǝrzaq, ǝdyal vǝ geyim ǝşyaları aparmaq mǝqsǝdilǝ Kopenhagen vǝ Malmödǝn maşınlarla Rödby limanına yola düşüb.
Maşınlarla qaçqınları Kopenhagenǝ aparmaq istǝyǝnlǝrlǝ polis ǝmǝkdaşları arasında gǝrginlik yaranıb.
Danimarka polisinin açıqlamasında 300 qaçqının “itkin” olduğu, bǝzilǝrinin gizlǝndiyi, bir hissǝsinin isǝ vǝtǝndaşlar tǝrǝfindǝn Kopenhagenǝ xüsusi maşınlarla aparıldığı bildirilib. Polisin açıqlamasında vǝtǝndaşların belǝ yardımları iki dǝfǝ götür-qoy etmǝsinin lazım olduğu, çünki bunun suç olduğu vurğulanıb.
Digǝr tǝrǝfdǝn 300-ǝ yaxın qaçqının piyada olaraq ǝvvǝl Rödbydǝn 170 km aralıqdakı Kopenhagenǝ ordan da 30 km mǝsafǝdǝki İsveç şǝhǝri Malmöyǝ getmǝyi, orda onları gözlǝyǝn İsveç rǝsmilǝrindǝn sığınacaq istǝmǝyi mǝqsǝd götürdüyü bildirilib.
Yüzlǝrlǝ qaçqının şose yoldan piyada Kopenhagena getmǝk istǝmǝsi qarşısında Rödby-Kopenhagen yolunun 29 km-lik hissǝsinin 5 saata yaxın yol hǝrǝkǝtinǝ bağlandığı bildirilib.
Polis şose yolda genişmiqyaslı tǝhlükǝsizlik tǝdbirlǝri görüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr