ABŞ-ın Yunanıstandan istəyi

ABŞ, NATO-nun üzvü olan Yunanıstandan hava sahəsini Rusiya təyyarələrinin Suriyaya vəsait aparmaq üçün istifadəsini qadağan etməsini istəyib.

376067
ABŞ-ın Yunanıstandan istəyi

ABŞ, NATO-nun üzvü olan Yunanıstandan hava sahəsini Rusiya təyyarələrinin Suriyaya vəsait aparmaq üçün istifadəsini qadağan etməsini istəyib.
Yunanıstan Xarici İşlər Nazirliyi bununla bağlı istǝyi müzakirə etdiklərini bildirib.
Ötən həftə Rusiya Dövlət başçısı Vladimir Putin Rusiya hərbçilərinin DEAŞ-a qarşı mübarizəyə dəstək vermək üçün Suriyada yerləşdirilə biləcəyi barədə bildiriş vermişdi. ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri də həftə sonu Rusiya xarici işlər naziri Sergey Lavrovla danışaraq Rusiya hərbçilərinin Suriyada artmasından narahat olduqlarını açıqlamışdı.
Qeyd edək ki, Suriyadakı hadisələrdə Əsəd rejiminin ən böyük dəstəkçisi olan Rusiya, DEAŞ-a qarşı mübarizədə də Əsəd rejiminin iştirak etdiyi bir koalisiya qurulmasını istəyir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr