ABŞ-ın şərq sahillərində meşə yanğını

Amerika Birləşmiş Ştatlarının qərb sahillərində aylarla davam edən meşə yanğınlarından sonra bu dəfə ölkənin şərq sahilləri meşə yanğınına məruz qaldı.

376379
ABŞ-ın şərq sahillərində meşə yanğını

New Jersey əyalətindəki Woodland qəsəbəsinin Pine Barrens meşəsində yanğın çıxıb.

Yanğınsöndürən briqadaları şam ağacları ilə dolu olan meşədəki yanğını söndürməyə çalışırlar.

Rəsmilər yanğının yaşayış yerlərindən uzaq olduğu və bölgə sakinlərinin təhlükədə olmadığı barədə məlumat veriblər.

Bu ana qədər ölən bə yaralanan olmayıb.

Daha əvvəl Washington, Oregon, İdaho, Montano və California əyalətlərində baş verən yanğınlarda minlərlə hektar meşə sahəsi kül olmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr