İran vǝ İspaniya arasında enerji sahǝsindǝ ǝmǝkdaşlıq

İran Cǝnubi Pars sahǝsindǝn çıxarılan tǝbii qazın mayelǝşdirilmiş qaz (LNG) olaraq Avropaya daşınması barǝdǝ İspaniya ilǝ müzakirǝlǝr keçirir.

375920
İran vǝ İspaniya arasında enerji sahǝsindǝ ǝmǝkdaşlıq

İran Cǝnubi Pars sahǝsindǝn çıxarılan tǝbii qazın mayelǝşdirilmiş qaz (LNG) olaraq Avropaya daşınması barǝdǝ İspaniya ilǝ müzakirǝlǝr keçirir.
İranın rǝsmi xǝbǝr agentliyi İRNA-nın mǝlumatına ǝsasǝn, İranın Neft naziri Bijǝn Zǝngǝnǝ ilǝ İspaniyanın Sǝnaye, Enerji vǝ Turizm naziri Hose Manuel Soria Lopez Tehranda bir araya gǝlib.
Görüşdǝn sonra keçirilǝn ortaq mǝtbuat konfransında çıxış edǝn Lopez ölkǝsinin İran şirkǝtlǝrilǝ ortaq şǝkildǝ istehsal edǝrǝk Orta Şǝrq bazarında yer almaq istǝdiyini dilǝ gǝtirib.
Lopez “İspaniya İran qazının Avropaya çatdırılması mövzusunda rol götürǝ bilǝr.
İranın Neft naziri Zǝngǝnǝ isǝ İranın Cǝnub Pars sahǝsindǝn çıxarılan qazın mayelǝşdirilmiş qaz (LNG) olaraq Avropaya çatdırılması mövzusunda görüşlǝr keçirdiklǝrini bildirib.
Nazir bildirib ki, İran hökumǝti İspan şirkǝtlǝrinin neft-kimya sahǝsindǝki sǝrmayǝ qoyuluşlarına müsbǝt nǝzǝr salır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr