2 min 800 miqrant Aralıq dǝnizindǝ hǝlak olub

Bu il 2 min 800 miqrant Avropaya qaçaq yollarla getmək istəyərkən Aralıq dənizində boğularaq ölüb.

375468
2 min 800 miqrant Aralıq dǝnizindǝ hǝlak olub

Bu il 2 min 800 miqrant Avropaya qaçaq yollarla getmək istəyərkən Aralıq dənizində boğularaq ölüb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tǝrǝfindǝn verilǝn məlumatda ǝsasǝn, indiyǝdǝk 366 min 402 nəfər isə Avropaya qaçaq yollarla girməyi bacarıb.
Avropada dəniz yolu ilə ən çox miqrantın getdiyi ölkə Yunanıstandır. Yunanıstana bu il 244 min 855 qaçqın gedib. Aralıq dənizini keçərək İtaliyaya 119 min 500, İspaniyaya 1953, Maltaya isə 94 miqrant keçib. Avropaya gedənlərin 75 faizi kişi, 13 faizi uşaq və 12 faizi isə qadınlardır.
Məlumata görə, bu il Aralıq dənizini keçməyi bacarıb Avropa ölkələrinə gedənlərin yarıdan çoxu Suriyalıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr