"Avropa ölkələri immiqrantları geri göndərməməlidir", M.Racoy

İngiltərənin Baş naziri Devid Kemeron (David Cameron) deyib: "Suriyalı qaçqınlara ediləcək yardımlara qoşulmaq İngiltərənin də ən böyük məsuliyyətidir".

374700
"Avropa ölkələri immiqrantları geri göndərməməlidir", M.Racoy

  Kemeron suriyalılar üçün əlavə 100 milyon funt da humanitar yardım edəcəklərini söyləyib.

  İngiltərənin Baş naziri Devid Kemeron və İspaniyanın Baş naziri Mariano Rejoy (Rajoy) Avropanın yaşadığı ən böyük qaçqın böhranı ilə bağlı müzakirə üçün bir araya gəlib. Sonra mətbuat konfransı keçirilib.

  Kemeron çıxışında bu sözləri söyləyib: “İngiltərə suriyalı qaçqınlarla bağlı tarixin ən böyük məsuliyyətini daşıyır. Bu məsuliyyəti aradan qaldırmaq üçün Yaxın Şərq düşərgələrində qalan minlərlə suriyalı qaçqını qəbul etməliyik. İnsanların yeni bir həyata başlamaq üçün çıxdığı Aralıq dənizi səfərlərinin faciələrlə nəticələnməsinə artıq son qoymaq zamanıdır.”

  İspaniyanın Baş naziri Rajoy da öz növbəsində "Qanunlara qalırsa, Avropa ölkələri immiqrantları geri göndərməməlidir" deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr