İranın dini lideri nüvə razılaşması ilə əlaqədar açıqlama verdi

İranın dini lideri Ayətullah Əli Xamenei Amerikan rəhbərliyinin nüvə razılaşmasına riayət edillməməsi halında İrana istiqamətlənmiş sanksiyaların dondurulacağına dair açıqlamalarına reaksiya verdi.

374004
İranın dini lideri nüvə razılaşması ilə əlaqədar açıqlama verdi

Xamenei: "Bu halda nüvə razılaşması pozular" dedi.

İranla "altılıq" ölkələri arasında iyul ayında əldə olunmuş nüvə razılaşmasının əks-sədaları davam edir.

Amma tarixi razılaşma hələ də araşdırılıb İran parlamentinə təqdim olunmayıb.

Mövzu ilə əlaqədar danışan Xamenei: "parlament nüvə razılaşmasından kənarda qalmamalıdır" dedi.

Xamenei parlament tərəfindən nüvə razılaşmasının təsdiq olunub-olunmamasına qarışmadığını vurğulayaraq millət vəkillərinin ən doğru qərarı verəcəyini də qeyd etdi.

Dini lider ölkəsinə qarşı tətbiq olunan sanksiyaların tamamilə qaldırılacağını gözlədiklərini də dilə gədirdi.

Əli Xamenei  ölkəsinin Amerika Birləşmiş Ştatlarının təzyiqinə baş əyməyəcəyini və  İranın Amerikan rəhbərliyinin İraq və Suriya ilə əlaqədar siyasətini əsla dəstəkləməyəcəyini vurğuladı.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr