ABŞ-ın DEAŞ-a qarşı mübarizəsi davam edir

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin DEAŞ terror təşkilatına qarşı mübarizəsi davam edir.

373614
ABŞ-ın  DEAŞ-a  qarşı mübarizəsi davam edir

Koalisiya qüvvələri, mübarizə çərçivəsində Suriya və İraqa 13 yeni avia zərbə endirib.
Əldə edilən məlumata əsasən koalisiya qüvvələrinin İraqda 8 avia hücum təşkil etdiyi bildirilib.
Suriyada isə terror təşkilatının hədəflərinə beş avia zərbə endirilib.
Mera qəsəbəsi yaxınları ilə Vaşiye, Rakka və əl-Havladakı hədəflər də bombalanıb.
Hücumlarda qruplaşmanın mövqeləri ilə silah-sursat ambarlarının hədəf götürüldüyü bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr