ABŞ-ın Missuri ştatında edam cəzası

Rodirik Nanli dövlət həbsxanasında zəhərli iynə vurularaq edam edilib

342085
ABŞ-ın Missuri ştatında edam cəzası

ABŞ-ın Missuri ştatında məhkum edam edilib. 26 il əvvəl 15 yaşındakı qızı öldürən Rodirik Nanli, Bon Terdəki dövlət həbsxanasında zəhərli iynə vurularaq edam edilib. 1989-ci ildə Kansas City məktəb avtobusunu gözləyən Ann Harrison, Nanli ilə dostu Maykl Teylor tərəfindən qaçırılaraq, cinsi zorakılığa məruz qalıb daha sonra isə öldürülüb. 15 yaşlı qızın cəsədi, bir neçə gün sonra oğurlanmış avtomobildə tapılıb. 1991-ci ildə edama məhkum edilən cinayətkarlardan digəri isə ötən il edam olunub.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr