DEAŞ, Palmira şəhərini yerlə yeksan edib

Terror təşkilatı DEAŞ, Suriyanın Palmira şəhərində yerləşən Bel məbədinin böyük hissəsini yerlə yeksan edib.

372341
DEAŞ, Palmira şəhərini yerlə yeksan edib

Yerli məmbələrin məlumatına görə, DEAŞ silahlıları məbədin içərisinə yerləşdirdikləri bombanı partladıblar, nəticədə məbədin böyük hissəsi dağılıb.
Yaxın Şərqin ən qədim dini abidələrindən biri olan Bel məbədi, Roma İmperatorluğu dövründə miladdan sonra 32-ci ildə inşa edilmişdi.
Qeyd edək ki, terror təşkilatı DEAŞ, bir həftə əvvəl Palmiradaki tarixi Baalşamin Məbədini partlatmış, daha əvvəl də Mar Elian Manastırını buldozerlərlə yıxmışdı.
"Səhranın Gelini" olaraq adlanan Palmira şəhəri, 1980-ci ildə UNESCO-nun Dünya Mirası siyahısına salınmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr