Aİ qatar səfərlərində təhlükəsizlik üçün tədbir görəcək
Avropa İttifaqı sentyabr ayında "nəqliyyatda təhlükəsizlik" mövzusunu gündəmdə tutacaq, bu istiqamətdə görüləcək qabaqlayıcı tədbirlər müzakirə olunacaq.
Sentyabrın 11-də qatar təhlükəsizliyi texniki işçi qrupunun yığıncağı olacaq. Sentyabrın 7-8-i tarihlərində isə Aİ Nəqliyyat Şurasının keçirəcəyi iclasda konkter addımlar atılacaq.
Alınacaq tədbirlər çərçivəsində Schengen müqaviləsində heç bir dəyişiklik olmayacaq.
Mərakeşli Eyyub Əl Khazzani 21 Avqustda Amsterdamdan Parisə gedən sürətli qatarda sərnişinlərə silahlı hücum etmiş, nəticədə 3 sərnişin yaralanmışdı.
Hadisə ilə əlaqədar aparılan istintaqda Khazzaninin vəkili müvəkkilinin qatara terror törətmək üçün deyil, silahlı soyğun üçün mindiyini iddia etmişdi.
Әlaqәli Xәbәrlәr
Avropanın әn aktiv vulkanı püskürüb
İtaliyanın Siciliya adasında yerlәşәn Etna vulkanının püskürmәsi qeydә alınıb.

Terror tәşkilatı Boko Haramın hücumu nәticәsindә dörd hәrbçi hәyatını itirib
Bu barәdә Niger Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.