Әl-Cǝzirǝ telekanalının 3 jurnalistinǝ hǝbs cǝzası

Misirdǝ mǝhkǝmǝ Әl-Cǝzirǝ telekanalının 3 jurnalistinǝ dǝ 3 il hǝbs cǝzası verib.

341351
Әl-Cǝzirǝ telekanalının 3 jurnalistinǝ hǝbs cǝzası

Misirdǝ mǝhkǝmǝ Әl-Cǝzirǝ telekanalının 3 jurnalistinǝ dǝ 3 il hǝbs cǝzası verib.

Mǝhkǝmǝ jurnalistlǝri icazǝ almadan vǝ Misir ǝleyhinǝ xǝbǝr yayımlamaqda günahlandırıb.
Hökm avqustun 29-da telekanalın ingilisdilli yayım bürosunun rəhbəri Məhəmməd Fəhmi, prodüser Baher Məhəmməd və avstraliyalı müxbir Piter Qrestin Qahirədə keçirilən təkrar məhkəmə prosesinin sonunda elan edilib.
Məhkəmənin hökmü müttəhimlər tərəfindən verilən apelyasiya əsasında qəbul edilib.
Xatırladaq ki, keçən ilin iyun ayında Avstraliya vətəndaşı Piter Qrest və əslən misirli olan Kanada vətəndaşı Məhəmməd Fəhmi "Müsəlman qardaşları" partiyasına yardım etməkdə ittiham olunaraq 7 il, misirli Baher Məhəmməd isə 10 il azadlıqdan məhrum edilmişdilər. Hazırda Misirdǝ 18 jurnalist hǝbsdǝdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr