Rusiyanın Sibir Federal Dairəsində meşə yanğınları davam edir

Yay fəslinin son dərəcə quru keçməsi nəticəsində baş verən yanğınlar dünyanın ən yaşlı və ən dərin gölü olan Baykal Gölü üçün də təhlükə yaradır.

370445
Rusiyanın Sibir Federal Dairəsində meşə yanğınları davam edir

Baykal Gölünün ətrafındakı meşələrdə keçən ay başlayan yanğınlar 8 min hektarlıq sahəni kül etdi, 5 min 600 hektarlıq sahədə isə davam edir.
Alovlar 1200 metr dərinliyindəki gölün sahilində yerləşən bağ evlərinə yaxınlaşır.
50-dən çox bölgədə davam edən yanğını nəzarət altına almaq üçün 2 min insan mübarizə aparır.
Dünyadakı şirin su mənbələrinin beşdə birinə ev sahibliyi edən Baykal Gölü UNESCO Dunya İrsi Siyahısına daxildir.
Baykal Gölündə uçdə ikisinin başqa heç bir yerdə olmadığı1700-dən çox canlı növü vardır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr