Mindən çox uşaq ömürlük şikəst qaldı

Keçən il İsrailin hücumları Qəzza zolağında mindən çox uşağın qalıcı şikəstliyinə səbəb olub.

369398
Mindən çox uşaq ömürlük şikəst qaldı

  Beynəlxalq Uşaqları Müdafiə Hərəkatı tərəfindən hazırlanan hesabata görə, İsrailin 2014-cü ilin iyul ayında başlanan və 51 gün davam edən hücumlarından sonra Qəzza zolağında mindən çox uşaqda ömürlük şikəstlik meydana gəlib.

  Hücumlardan bir il keçməsinə baxmayaraq, aralarında uşaqların da olduğu minlərlə yaralı cəmiyyətə inteqrasiya oluna bilmir. Bu əlil insanlarda qalıcı şikəstlik və psixoloji problemlər onlarda hələ də müharibə xofunun yaşadığını göstərir.

  Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail hücumlarında Qəzza zolağında yaşayan 578-i uşaq, 489-u qadın və 102-si yaşlı olmaqla ən az 2147 adam həyatını itirib. Təxminən 11 min adam yaralanıb ki, onların təxminən mininin ömür boyu şikəst qalacağı bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr