Kral Abdullah Rusiya prezidenti Vladimir Putinlǝ görüşüb

Putin bugün dǝ Misir prezidenti ǝl-Sisi ilǝ bir araya gǝlǝcǝk.

369564
Kral Abdullah Rusiya prezidenti Vladimir Putinlǝ görüşüb

İordaniya kralı 2-ci Abdullah Kremlindǝ Rusiya prezidenti Vladimir Putinlǝ görüşüb.
Suriya böhranının hǝllindǝ vǝ toqquşan tǝrǝflǝrin müzakirǝ masasına oturdulmasında Rusiyanın daşıdığı ǝhǝmiyyǝtǝ diqqǝt çǝkǝn Abdullah bildirib ki, biz Suriya böhranını hǝll etmǝk mǝcburiyyǝtindǝyik. Sizin rolunuz vǝ ölkǝnizin rolu çox önǝmlidir. Sülh danışıqları üçün bütün tǝrǝflǝrin bir araya gǝlmǝsindǝ hǝyatı ǝhǝmiyyǝt daşıyır.
Rusiya prezidenti Putin dǝ deyib ki, biz sizinlǝ bölgǝnin problemlǝri vǝ qarşılıqlı ǝlaqǝlǝrimizi müzakirǝ etmǝ imkanı ǝldǝ etdiyimizǝ görǝ mǝmnunuq.
Qeyd edǝk ki, Moskva Suriyada vǝtǝndaş müharibǝsinin başladığı 2011-ci il mart ayından bǝridir Suriya lideri Әsǝdǝ dǝstǝyini davam etdirir. Suriya böhranına xarici müdaxilǝyǝ etiraz edǝn Rusiya Әsǝdin gǝlǝcǝyilǝ bağlı qǝrarın Suriya xalqı tǝrǝfindǝn qǝbul edilmǝsini istǝyir.
Putin Әbu Dabinin şahzadǝsi Şeyx Mǝhǝmmǝd bin Zayed Әl Nahyanla da keçirdiyi görüşdǝ Suriya mǝsǝlǝsini müzakirǝ edib.
Putin bugün dǝ Misir prezidenti ǝl-Sisi ilǝ bir araya gǝlǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr