ABŞ-da faciənin qarşısı alınıb

Pokemon turnirə silahlı hücum etməyi planlaşdıran iki nəfər həbs olunub.

368903
ABŞ-da faciənin qarşısı alınıb

Pokemon turnirə silahlı hücum etməyi planlaşdıran iki nəfər həbs olunub.
ABŞ-da keçirilən Pokemon çempionatında baş verə biləcək faciənin qarşısı alınıb. Turnirə silahlı hücum etməyi planlaşdıran iki nəfər həbs olunub. Bostonda 18 yaşlı Kevin Norte ilə 27 yaşlı Ceyms Stambo internet forumunda Pokemon turnirinə hücum təşkil etmək istəyib.
Forumdakı iştirakçılar təhdid edənləri polisə şikayət edib. Şübhəlilərin evlərində axtarış aparan polis tapança, tüfənglər və yüzlərlə güllə aşkarlayıb.
Qeyd edək ki, hər il təşkil edilən çempionatda ən az 30 ölkədən gələn iştirakçılar yarışır. İlk dəfə 1989-cu ildə Yaponiyada keçirilən Pokemon oyununda hər qəhrəmanın xüsusi gücləri var və onlar öz aralarında döyüşür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr