Hǝrbi bazada partlayış baş verib
Yaponiyada, ABŞ-na mǝxsus bir hərbi anbarında partlayış baş verib.
340125
Tokionun 40 kilometr yaxınlığında yerlǝşǝn Saqamihara hərbi bazasında baş verǝn partlayışın səbəbi haqqında mǝlumat verilmǝyib. Hərbi bazadakı anbarda Neft kimyası vǝ məhsulları ilǝ ammonyak olduğu güman edilsǝ dǝ yanan maddənin nə olduğu konkret olaraq bilinmir.
Yanğının bazadakı digǝr binalara yayılmasının qarşısını almaq üçün tǝdbirlǝr görülür.
Amerikalı səlahiyyətlilərin mǝlumatına görǝ gündüz 200 nǝfǝrin işlǝdiyi anbarda, 15 dəqiqə davam edǝn partlayışlar gecǝ baş verdiyi üçün can itkisi olmayıb.
Әlaqәli Xәbәrlәr
İsrail ordusu Livana ağır zərbələr endirib
İsrail ordusu Livanın cənubuna intensiv hava hücumu həyata keçirib.