Amsterdam-Paris sərnişin qatarında silahlı hücum

Amsterdamdan Parisə səfər edən qatarda silahlı şəxs ətrafa atəş açıb.

337922
Amsterdam-Paris sərnişin qatarında silahlı hücum

Amsterdamdan Parisə səfər edən qatarda silahlı şəxs ətrafa atəş açıb. Hadisə nəticəsində 2-si ağır vəziyyətdə olmaqla 3 nəfər yaralanıb.  Hadisə qatarın Fransanın şimalında olan Arras şəhərindən keçərkən baş verib. Üzərində Kalaşnikov tüfəng, bıçaq və tapança olan 26 yaşlı Mərakeş əsilli cinayətkar amerikalı olduqları ifadə edilən iki sərnişin tərəfindən zərərsizləşdirilib. Hadisə yerinə gedən Fransa Daxili İşlər naziri Bernard Cazeneuve hər iki amerikalı sərnişinə təşəkkür edib. ABŞ prezidenti Barak Obama da, amerikalıları cəsarətlərinə görə təqdir edib. Fransız mətbuatı, həbs olunan cinayətkarın Fransız kəşfiyyatında qeydiyyatda olduğunu yayıb, hadisəylə əlaqədar terror istintaqı başladılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr