Husi əleyhinə koalisiya Yəməndə əməliyyatlar keçirir

Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi Husi əleyhinə koalisiya hava hücumları həyata keçirir.

337264
Husi əleyhinə koalisiya Yəməndə əməliyyatlar keçirir

Səudiyyə Ərəbistanı döyüş təyyarələrinin Taizdeki bombardmanında, aralarında mülki şəxslərin də olduğu 43 insan həyatını itirdi. Yaralananların sayı 50-dən çoxdur.
Hudey şəhərində də, Husilərin istifadə etdiyi silah anbarlarının və qərargahların hədəf alındığı bombardmanda, liman işçiləri və vətəndaşlar vuruldu.
Vaşinqton Səudiyyə Ərəbistanının Hudeydeki bombardmanına reaksiya göstərdi.
Ağ Ev təhlükəsizlik şurasının sözcüsü, Hudeyin Yəmənə humanitar yardımların daxil olduğu mühüm liman şəhəri olduğunu vurğulayaraq, 21 milyon yəmənlinin hava hücumları səbəbindən bu yardımlardan məhrum qaldığını söylədi.
Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı İcra Direktoru Ertharin Cousin (Ertarin Kazn) da 3 günlük Yəmən səfərindən sonra verdiyi açıqlamada qarşıdurmalar səbəbindən ölkəyə yardım göndərə bilmədiklərini söylədi.
Bu arada, Prezident Hadi tərəfdarlarının bu yaxınlarda Husilərdən geri aldıqları Ədən Limanına Mart ayından bəri ilk dəfə olaraq bir ticarət gəmisi lövbər salıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr