Əfqanıstanda Talibana qarşı əməliyyatlar davam edir

Əfqanıstanda terror təşkilatı olan Talibana qarşı iki gündür davam edən əməliyyatda 118 terrorçu öldürüldü.

337279
Əfqanıstanda Talibana qarşı əməliyyatlar davam edir

Müdafiə nazirliyinin verdiyi məlumatda qarşıdurmalar nəticəsində 14 əsgərin həlak olduğu bildirilir.

Əməliyyatlar daha çox cənub vilayətləri Nanqarhar, Lağman, Helmand, Paktiya, Paktika, Uruzqan, Qandahar, Qunduz və Faryab ilə paytaxt Kabilin Suruhi və Haki Cebar qəsəbələrində həyata keçirilir.
Davam etməkdə olan qarşıdurmalarda həyatını itirən və yaralanan mülki vətəndaşların da sayı artır.
Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana yardım komitəsinin hesabatlarına görə, bu ilin avqust ayına qədər vətəndaşların da zərər gördüyü 523 hadisə baş verib.

Bu hücumlarda 300 - ə yaxın mülki vətəndaş həyatını itirb, 1241 insan isə yaralanıb.

Ən çox mülki vətəndaş itkisi isə canlı bombaların hücumu zamanı olub.

Bu rəqəmlər qarşıdurmalarda zərə çəkən mülki vətəndaş sayının keçən illə müqayisədə 2 dəfə artığını göstərir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr