Burundi prezidenti rəsmi olaraq vəzifəsinin icrasına başlayıb

Pierre Nkurunziza səslərin təxminən 70 faizini toplayıb

336427
Burundi prezidenti rəsmi olaraq vəzifəsinin icrasına başlayıb

Burundi prezidenti rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Pierre Nkurunziza səslərin təxminən 70 faizini toplayıb.
Burundidə 10 ildir iqtidarda olan Dövlət Başçısı Pierre Nkurunziza 3-cü dəfə eyni kürsüyə seçilib.
Nkurunziza, məclisdə and içərək rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Dövlət başçısı ölkədə sülh və rifahın təmin ediləcəyinə, qarışıqlıq yaradanların isə cəzalandırılacağına söz verib.
Xatırladaq ki, iyulun 21-i Burundidə keçirilən seçkidə Nkurunziza səslərin təxminən 70%-ni yığıb. Onun 3-cü dəfə prezidentliyə namizədliyini verməsi isə müxaliflərin sərt reaksiyasına səbəb olmuşdu, küçələrə çıxan etirazçılara polis tərəfindən müdaxilə edilmişdi. Qarşıdurmalar zamanı onlarla insan həyatını itirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr