Suyun səthini örtən 40 ton balıq

Meksikanın qərbində yerləşən Kahititlan (Cajititlan) gölündə 7 avqustdan başlayan balıq ölümləri narahatlığa səbəb olub.

335019
Suyun səthini örtən 40 ton balıq

  Balıqçılar yerli əhalinin “popoça” (popocha) adlandırdığı şirin su kefalını göldən toplamaq üçün böyük səy göstəriblər.

  Suyun səthini örtən 40 ton balığın ölüm səbəbi araşdırılır, keçən il də buna bənzər ölümlərin baş verdiyi göldə ekspertiza aparılır.

  Balıqların ölümü ilə bağlı fərqli ehtimallar səsləndirilir. Ehtimal edilir ki, yaxınlıqdakı müəssisə kirli suları təmizləmədən gölə axıtdığı üçün bu hadisə baş verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr