Avropada immiqrant sayı ölkələri narahat edir

Avropa İttifaqı ölkələrinə gələn immiqrantların sayı iyul ayında 107 min 500 adama çatıb.

333282
Avropada immiqrant sayı ölkələri narahat edir

  İttifaqın Sərhəd Nəzarət Agentliyindən verilən yazılı məlumata görə, “2014-cü ilin yanvar-iyul ayları arasında 123 min 500 olan immiqrant sayı bu ilin eyni dövrülə müqayisədə təxminən üç qat artaraq 340 mini keçib”.

  Qeyri-qanuni immiqrantların çoxu Suriya və Əfqanıstandandır.

  Şərhdə yazılır ki, iyul ayında köçkünlərin təxminən 50 mini Ege dənizindən yunan adalarına, 20 mini İtaliyaya, təxminən 35 mini Macarıstana keçib.

  Almaniyaya da qaçqın axını ciddi şəkildə artıb və ölkə narahatlığını dilə gətirir.

  Gedişata görə, Almaniyaya sığınacaq üçün müraciəti edən qaçqınların sayı bu il 750 mini keçəcək.

  Almaniyaya köç axını daha çox Suriya və Balkanlardandır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr