Kristiyın Teylır üçün cənazə mərasimi keçirilib

ABŞ-da keçən həftə öldürülən zənci gənc Kristiyın Teylır üçün cənazə mərasimi keçirilib.

329086
Kristiyın Teylır üçün cənazə mərasimi keçirilib

Texas ştatının Arlinqton şəhərindəki bir kilsədə təşkil edilən mərasimdə mindən çox insan iştirak edib. Mərasimə mərhumun ailəsi, yoldaşları və universitetin futbol komandası üzvləri ilə bərabər Arlingtonun Bələdiyyə sədri və Polis rəisi də qatılıb. Ferguson hadisələrinin il dönümündən 2 gün əvvəl baş verən hadisə ABŞ-da böyük reaksiyaya səbəb olub. Soyğun xəbəri üzərinə getdiyi bir avtomobil satışı mərkəzində 19 yaşındakı silahsız gənc Kristiyın Teyliri vuraraq öldürən polis məmuru Bıred Milır isə çərşənbə axşamı işindən kənarlaşdırılıb. Texas ştatındakı Anjelo Sıteyt universitetində oxuyan şagird eyni zamanda məktəbin futbol komandasındakı ulduzlardan biri idi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr