Avro qrupu ilǝ Yunanıstan razılaşıb

Avro Qrup rəhbəri, Hollandiyanın Maliyyə Naziri Jeroen Dijsselbloem qrumun Yunanıstan ilə siyasi razılığa gəlindiyini söyləyib.

329081
Avro qrupu ilǝ Yunanıstan razılaşıb

Avro Qrupun Yunanıstanın 3-cü xilas paketi ilə bağlı fövqəladə toplantısı keçirilib. Toplantıda müsbət bir nəticəyə çatdıqlarını deyən Dijsselbloem "Yunanıstan son mövzuları həll etdi. Avro qrupunda siyasi olaraq razılaşdıq" deyə bildirib. Avro Qrup rəhbəri razılaşmanın Yunanıstan iqtisadiyyatının davamlı böyüməsinə icazə verəcəyini bildirib. Tətbiq olunacaq paketin ictimai maliyyələşdirilməsi, struktur dəyişikliyi, maliyyə sabitliyi, böyümə və özəlləşdirməni ehtiva etdiyinə diqqət çəkən Dijsselbloem proqramın 86 milyard avro dəyərində olduğunu açıqlayıb. Avro Qrup rəhbəri Yunanıstan üçün borc davamlılığı qiymətləndirməsinin edildiyini islahat proqramının borclarından bir silmə olmadan davam edəcəyini ifadə edib. Proqrama BVF-nun da qatılmasını nəzərdə tutduqlarını ifadə edən Dijsselbloem lazımlı proseslərin avqustun 19-da tamamlanacağını və ilk kreditin sərbəst qalacağını söyləyib. Qeyd edək ki, Avropa Birliyidə Yunanıstana 35 milyard avro məbləğində dəstək verəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr