Əl-Qaidə Talibana biətini yenilədi

Əl-Qaidə lideri Ayman Əl-Zəvahiri Əfqanıstandakı terror təşkilatı Talibanın yeni lideri Mullah Aktar Mənsura bağlılığını bildirib.

326559
Əl-Qaidə Talibana biətini yenilədi

  Zəvahiri ictimai media üzərindən yayınladığı səs yazması ilə Talibanın yeni lideri Mənsura bağlılıq andı içdiyini söyləyib.

  Bundan əvvəl - Usamə Bin Ladenin öldürüldükdən sonra yerinə keçən Molla Ömərə bağlılığını bildirən Zəvahiri demişdi: "Bin Ladin və Molla Ömərin yolu ilə getməyə davam edəcəyik".

  Xatırladaq ki, Əfqanıstan hökuməti ötən günlər terror təşkilatı Talibanın Bin Ladendən sonrakı lideri Molla Məhəmməd Ömərin 2-3 il əvvəl öldüyünü açıqlayıb, Talibandan da yeni liderlərinin Molla Aktar Mansur olduğu məlumatı gəlib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr