DEAŞ kimyəvi silah istifadə etdi

"Hər cür kimyəvi və ya bioloji silah istifadəsi beynəlxalq hüququ pozur "

327674
DEAŞ  kimyəvi silah istifadə etdi

ABŞ-lı səlahiyyətlilər İraqda DEAŞ-ın Peşmerge qüvvǝlǝrinǝ qarşı kimyəvi silah istifadə etdiklǝrini iddia edir.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Alistair Baskey terror təşkilatı DEAŞ-ın kimyəvi silah istifadə etdiyinə dair iddiaları çox ciddi qəbul etdiklərini söylədi.

Baskey ABŞ-ın daha çox məlumat əldə etmək üçün istintaqa davam etdiyini qeyd etdi. 

"Hər cür kimyəvi və ya bioloji silah istifadəsi beynəlxalq hüququ pozur " sözlərini əlavə etdi.

DEAŞ-ın hücumunun ardından 60 qədər üzvlərinin tənəffüs çətinliyi çǝkdiklǝri qeyd edilmişdi.

Amerika mediasında da DEAŞ-ın İraqda kürd qüvvǝlǝrǝ istiqamətli hücumlarında "xardal" qazı istifadə edildiyi xəbərləri yer almışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr