Con Kerrinin Kubaya səfəri başlayır

Bu gün ABŞ dövlət katibi Con Kerrinin Kubaya səfəri başlayır.

327665
Con Kerrinin Kubaya səfəri başlayır

Bu, 1945-ci ildən bu günə Birləşmiş Ştatlar diplomatiyası rəhrəbinin Havanaya ilk səfəridir. Kerri ilə yanaşı Kubaya 20 nəfərdən ibarət nümayəndə heyəti də gedir. Dövlət katibi Kubadakı Amerika səfirliyində rəsmi bayraq qaldırma mərasimində iştirak edəcək. Kerrinin səfəri Kuba inqilabının lideri Fidel Kastrounun doğum günündən bir gün sonraya təsadüf edir. O, dövlət katibinin səfəri öncəsi ABŞ-ın Kubaya olan borcunu xatırladıb. Fidel Kastronun fikrincə, blokada səsəbindən dəymiş ziyana görə Vaşinqton Havanaya 100 milyard dollardan çox pul borcludur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr