ABŞ-ın eks prezidentinin nikahdan kənar uşağı varmış

ABŞ-ın 29-cu prezidenti olmuş Warren Hardingin digər bir xanımdan doğulan uşağı olduğu, genetik test nəticəsində ortaya çıxıb.

327263
ABŞ-ın eks prezidentinin nikahdan kənar uşağı varmış

Amerika mediasında yayılan xəbərlərə görə, sabiq prezidentin ailəsinə mənsub Peter Hardingin təşəbbüsü ilə "ancestry" şirkətinə etdirilən DNT testi, Hardingin prezidentliyi dövründə evlilikdən kənar yaşadığı Nan Brittondan Elizabeth Ann adında bir uşaq sahibi olduğunu sübut edib. Test təxminən 90 ildir davam edən fərziyyələrə da son nöqtəni qoymuş olub. Hardingin evlilikdən kənar əlaqədən uşaq sahibi olduğu iddiaları ilk dəfə, Nan Brittonun "Prezidentin Qızı" adlı ovtobiyografisini 1927-ci ildə yayımlamasıyla gündəmə gəlmişdi. Britton kitabda Hardingle altı il ərzində sevgili olduqlarını və bir dəfə Ağ Evdəki bir otaqda bərabər olduqlarını önə sürmüşdü. O dövrdə kitabda yazılanlar Harding ailəsi və ictimaiyyət tərəfindən rədd edilmiş, Britton yalançılıqla ittiham edilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr