Yunanıstan parlamenti xilas paketini müzakirə edəcək
Yunanıstanda hökumətin kreditorlarla razılaşdırdığı yeni xilas paketi təsdiq olunmaq üçün bu gün parlamentin müzakirəsinə çıxarılacaq.
Baş nazir Aleksis Çipras paketin müzakirəsi və münasibət bildirmələri üçün Məclis sədrindən millət vəkillərini iclasa çağırmağı istəyib. Avropa Komissiyasının dünən ki, açıqlamasında 85 milyard avro dəyərindəki paketin Yunanıstanla 3 tərəfli kreditorlar yəni Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu ilə əsas mövzularda razılığa gəlindiyi bildirilib. 2010-cu ildən bu yana 3-cü dəfə dövrəyə salınan 3-cü xilas paketi qarşılığında Yunanıstan bəzi maliyyə qaydaları tətbiq edəcək. Bu qaydalara təbii qaz bazarında əhmiyyətli tənzimləmələr edilməsi, erkən təqaüdü daha da sərtləşdirmək, əkinçilərə mazut yardımının ləğvi və vergilərin artırılması daxildir. Yunanıstan və kreditorların ölkənin iqtisadi çöküntüsünün qarşısını almaq üçün müqaviləni avqustun 20-nə qədər imzalamaları vacibdir. Çünki Yunanıstan avqustun 20-də Avropa Mərkəzi Bankına 3 milyard 400 milyon avro ödəniş etməlidir. Sazişin bu tarixə qədər üzv ölkə parlamentlərində təsdiqi prosesinin də tamamlanması lazımdır. Qeyd edək ki sözügedən xilas paketi cümə günü Avropa Birliyi ölkələrinin maliyyə nazirlərinin masaları üzərinə qoyulacaq.
Әlaqәli Xәbәrlәr
Avropanın әn aktiv vulkanı püskürüb
İtaliyanın Siciliya adasında yerlәşәn Etna vulkanının püskürmәsi qeydә alınıb.

Terror tәşkilatı Boko Haramın hücumu nәticәsindә dörd hәrbçi hәyatını itirib
Bu barәdә Niger Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.