Suriyada Əsəd qüvvǝlǝri hava hücumlarına davam edir

Hücumlarda 31 vǝtandaş hǝlak oldu

324412
Suriyada Əsəd qüvvǝlǝri hava hücumlarına davam edir

Suriyada Əsəd qüvvǝlǝri hava hücumlarına davam edir. Şam şǝhǝri yaxınlarındakı hücumlarda
31 vǝtandaş hǝlak oldu.

Suriya ordusu Şam şǝhǝrinǝ yaxın Daraya yaşayış məskənlərini havadan atılan barrel bombalarıyla vurdu.

Hücumlarda çox sayda ev və iş yerlǝrində yanğın çıxdı.

Daraya Media Mərkəzi və Mülki Müdafiə qrupları, rejim qüvvǝlǝrinin napalm bombası istifadə etdiyini iddia etdi.

İran xarici işlər naziri Cavad Zərifin Şam səfəri ǝvvǝli müxaliflər raket hücumları təşkil etdi.

Hücumlarda bir adam öldü, 20-dən çox adam yaralanıb.

İran Xarici İşlər Nazirliyindən bir səlahiyyətlinin etdiyi şərhdə, Zərif Suriyadakı böhranı sona çatdırmaq məqsədiylə hazırlanan 4 ayaqlı "Sülh Planını"  görüşəcəyi bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr