BMT-nin sülh məramlı əsgərləri haqqında Cinayәt iddiası

BMT-nin sülh məramlı əsgərləri Mərkəzi Afrikada cinayət törətməkdə davam edir.

323664
BMT-nin sülh məramlı əsgərləri  haqqında Cinayәt iddiası

 Beynəlxalq Əfv Təşkilatı Mərkəzi Afrika Respublikasında BMT sülhməramlılarının ata və kiçik yaşlı oğlunu öldürdüyünü, 12 yaşındakı bir qız uşağına isə təcavüz etdiklərini bildirib. BMT-nin baş katibi Pan Ki-Moon iddialardan təəssüf hissi keçirdiyini ifadə edib və iddiaların detallı şəkildə araşdırılacağını vurğulayıb. İyun ayında BMT əsgərlərinin küçə uşaqlarına cinsi hücum etdikləri iddiası ilə əlaqədar istintaq başladılmışdı. İyul ayında isə sülhməramlı əsgər 2 nəfəri öldürməkdə ittiham olunaraq ölkələrinə göndəriliblər. Qeyd edək ki, BMT-nin sülhməramlı əsgərləri mühakimə etmək səlahiyyəti yoxdur. Bu səlahiyyət ancaq əsgərlərin vətəndaşı olduğu ölkələrə məxsusdur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr