ABŞ-da nüvǝ silahlarının yayılmasına qarşı nümayiş keçirilib

ABŞ-nın Californiya ştatında nüvǝ silahlarının yayılmasına qarşı nümayiş keçirilib.

318683
ABŞ-da nüvǝ silahlarının yayılmasına qarşı nümayiş keçirilib

ABŞ-nın Californiya ştatında nüvǝ silahlarının yayılmasına qarşı nümayiş keçirilib.
Yaponiyada atom bombardmanının 70-ci ildönümünǝ tǝsadüf edǝn nümayiş ştatda 63 il öncǝ nüvǝ araşdırma aparmaq mǝqsǝdilǝ qurulmuş bir laboratoriyanın qabağında tǝşkil edilib.
Sayı 300-dǝn artıq olan nümayişçilǝr nüvǝ silahların yayılmasına rǝqs edǝrǝk vǝ mahnılar oxuyaraq etirazlarını bildiriblǝr.
Nümayişçilǝr Amerika rǝhbǝrliyinin nüvǝ silah araşdırmasına ayırdığı vǝsaitǝ diqqǝt çǝkmǝyi mǝqsǝd götürdüklǝrini dilǝ gǝtiriblǝr.
ABŞ-da yaşayan yaponların da qatıldığı nümayişdǝ dağılmağı qǝbul etmǝyǝn aksiyaçılardan hǝbs edilǝnlǝr olub. Hǝbs edilǝnlǝr arasında 80 yaşındakı nümayişçilǝrin olduğu da bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr