Səudiyyə Ərəbistanı Yəmənə əsgər və silah göndərməyi davam etdir

Onlarla tank, zirehli texnika ilə Səudiyyə Ərəbistanında təlim alan yüzlərlə yəmənli əsgər bu ölkənin Şura vilayətindən keçərək Yəmənə daxil olub.

317743
Səudiyyə Ərəbistanı Yəmənə əsgər və silah göndərməyi davam etdir

Səudiyyə Ərəbistanı Yəmənə əsgər və silah göndərməyi davam etdirir.
Yəmən qaynaqlarının verdiyi məlumata görə, onlarla tank, zirehli texnika ilə Səudiyyə Ərəbistanında təlim alan yüzlərlə yəmənli əsgər bu ölkənin Şura vilayətindən keçərək Yəmənə daxil olub.
Yəmənin Mǝğrib və Şabva vilayətlərinə göndərilən hərbi birliklər hələ də Husilerlə Hadi tərəfdarları arasında şiddətli qarşıdurmaların baş verdiyi ərazidə yer alıblar. Mütəxəssislər döyüş üstünlüyünün Səudiyyə Ərəbistanından göndərilən müasir silah və əsgərlərlə dəyişdiyini ifadə ediblər. Husilərdən geri alınan Әdən şəhərində təhlükəsizliyin çox hissəsini Birləşmiş Ərəb Əmrliklərindən gələn koalisiya əsgərləri təmin edir.
Bu arada Cibutiyə qaçan 150 yəmənli hava yolu ilə şəhərə geri dönüb. Yəməndəki xaosdan faydalanan Əl-Qaidə üzvüləri Әdən yaxınlarındakı 3 qəsəbəni ələ keçirərək hökumət binalarında hərbi baza qurublar. Səudiyyə Ərəbistanının dəstəklədiyi dövlət başçısı Mǝnsur Hadi tərəfdarları ilə Husilər arasında Qızıl Xaç vasitəçiliyi ilə əsir mübadiləsi də reallaşıb. Hadi tərəfdarları təyyarə ilə 7 Husi əsirini Səna şəhərinə göndərib, qarşılığında Husilər də 20 Hadi tərəfdarını sərbəst buraxıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr