Keri və Lavrov razılaşdılar

Amerika Birləşmiş Ştatları Dövlət katibi Con Keri (John Kerry) bildirib ki,

317637
Keri və Lavrov razılaşdılar

  Suriyada kimyəvi silah hücumlarının məsullarının ortaya çıxarılmasını məqsəd qoyan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası layihəsi əsasında rusiyalı həmkarı Sergey Lavrovla razılaşıblar.

  Malayziyanın paytaxtı Kuala Lumpurda Cənub-Şərqi Asiya Ölkələri üzrə Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Toplantısında Kerry Lavrovla görüşüb və Rusiya ilə Suriyadakı kimyəvi hücumlardan kimlərin məsul olduğunu müəyyən etmək üçün bir istintaq mexanizmi qurulmasını nəzərdə tutan layihədə razılaşdıqlarını açıqlayıb.

  Qeyd edək ki, Suriyanın paytaxtı Dəməşq (Şam) yaxınlığında 21 avqust 2013-cü ildə kimyəvi silahdan istifadə edilən hücumda yüzlərlə vətəndaş həyatını itirmişdi.

  Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında bu gün səsverməyə qoyulacaq layihə qəbul olunarsa, yaradılacaq heyət ilk hesabatını 90 gün içində BMT Baş Katibi Ban Ki Muna təqdim edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr