Cari ildǝn Avropaya üz tutan immiqrant və qaçqın sayı

Cari ildǝn Avropaya üz tutan immiqrant və qaçqınların sayı 224 minə çatıb.

317659
Cari ildǝn Avropaya üz tutan immiqrant və qaçqın sayı

Cari ildǝn Avropaya üz tutan immiqrant və qaçqınların sayı 224 minə çatıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı dəniz yolu ilə gedən immiqrantların 124 min nǝfǝrinin Yunanıstana çatdığını açıqlayıb. İtaliyaya gedən mühacirlərin sayı isə 100 minə yaxınlaşıb. Avropaya qaçaq yolla və ya qaçqın olaraq girənlərin 38 faizini Suriyalılar təşkil edir.
Sözügedən açıqlama Liviya sahillərində 200-dən artıq qaçaq immiqrantın dənizdə itməsindən bir gün sonra verilib. Aralıq dənizindən keçməklə Avropaya getməyə çalışan imiqrantlar insan alverçilərinin əlinə düşür. Ancaq bu cür təhlükəli səfərlər tez-tez faciəli qəzalarla nəticələnir. Təkcə bu il 2 mindən çox qaçqın Aralıq dənizində boğularaq həyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr