Canlı bomba özünü məscidin yanında partlatdı

Səudiyyə Ərəbistanının bir məscidində canlı bombanın partlaması nəticəsində ətrafında olan 15 adam həyatını itirib.

317720
Canlı bomba özünü məscidin yanında partlatdı

  Partlayış ölkənin cənub-qərbində yerləşən Ebha şəhərində, Səudiyyə Xüsusi Ordu Qüvvələrinin olduğu Mərkəzin yanındakı məsciddə baş verib.

  İntihar bombası partlayan zaman təhlükəsizlik gücləri əməkdaşları günorta namazını qılırmış.

  Hücumda 12-si xüsusi qüvvələr mənsubu olmaqla 15 nəfər dünyasını dəyişib.

  Hücumu boynuna götürən olmayıb.

  Xatırladaq ki, Səudiyyə Ərəbistanda may ayında şiələrin getdiyi bir məscidə də intihar hücumu olmuş, onu terror təşkilatı DEAŞ boynuna götürmüşdü.

  Onu da qeyd edək ki, keçən ay isə Səudiyyə Ərəbistanı Təhlükəsizlik Qüvvələrinin təşkil etdiyi əməliyyatda 400-dən çox adam DEAŞ-la əlaqəsi olduğu şübhəsiylə nəzarətə alınıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr