İran ilə əldə olunan nüvə razılaşmasının müttəfiq ölkələrdə yara

Con Kerri İran ilə əldə olunan nüvə razılaşmasının müttəfiq ölkələrdə yaratdığı narahatlıqları aradan qaldırmağı bacarıb.

313737
İran ilə əldə olunan nüvə razılaşmasının müttəfiq ölkələrdə yara

Körfəz Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirlərinin toplantısına qatılan Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Con Kerri İran ilə əldə olunan nüvə razılaşmasının müttəfiq ölkələrdə yaratdığı narahatlıqları aradan qaldırmağı bacarıb.
Qətǝrin paytaxtı Dohada keçirilən toplantıdan sonra bir açıqlama verən Kerri İranla əldə olunan razılaşmanın tətbiq olunması ilə körfəzdə təhlükəsizliyin təmin ediləcəyi ilə bağlı həmfikir olduqlarını söyləyib. DEAŞ ilə mübarizə mövzusunun da müzakirə olunduğunu ifadə edən Con Kerri yalnız silahlı mübarizə ilə terror təşkilatının yox edilə bilməyəcəyini deyərək təşkilatın siyasi və iqtisadi dəstəyinin də kəsilməsinin vacib olduğunu vurğulayıb.
Dövlət katibi körfəz ölkələrinə silah satışını artıracaqlarını da qeyd edib.
Qətər Xarici İşlər naziri Xalid bin Məhəmməd əl-Ətiyyə də İran ilə əldə olunan razılaşmanın Körfəzdə daha etibarlı bir mühit yaradacağı ilə bağlı bütün ölkələrin fikir birliyində olduqlarını söyləyib. Bölgəni nüvə silahı təhdidindən xilasetmənin əhəmiyyətli olduğunun vurğulayan Qətərin Xarici İşlər naziri İran ilə əldə olunan razılaşmanın mümkün olan ən yaxşı nəticə olduğunu ifadə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr