Musson yağışları can almağa davam edir

Torpaq sürüşmǝsindǝ 103 adam həyatını itirdi

312699
Musson yağışları can almağa davam edir

Musson yağışları can almağa davam edir


Hindistanda təsirli olan şiddətli musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmǝsindǝ 103 adam həyatını itirdi.

Sellərdən ən çox Hindistanın şimal-şərqindəki Qərbi Bengal əyaləti təsirləndi. Eyni zamanda Komen qasırğasının da təsirli olduğu əyalətdə şiddətli yağışların səbəb olduğu sellərdə 48 nǝfǝr öldü. Qərbi Benqaldakı 10 min kənddə 4 milyon adam da pis hava şərtlərindən təsirləndi.

Ölkənin şimal-qərbindəki Rajastan əyalətində də 28 nǝfǝr sel sularında can verdi. Axtarış xilas etmǝ işlǝrindǝ minə yaxın adam etibarlı bölgələrə evakuasiya edildi. Ölkənin şimal-şərqindəki Odişa əyalətində isǝ 5 nǝfǝr hǝlak oldu ,400 min insan təhlükəsiz bölgələrə göndərildi.
Şənbə günü isǝ Hindistanın şimal-şərqindəki Manipur əyalətində meydana gələn yer sürüşmǝsindǝ bir kənd yerlǝ- yeksan. İndiyə qədər dağıntılar altından 20 adamın cəsədi çıxarıldı.

Hindistanda hər il iyun və sentyabr ayları arasında təsirli olan musson yağışları can və mal itkisinə səbəb olur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr