ABŞ-dan İsrailә reaksiya

Amerika Birləşmiş Ştatları, İsrailin, Fələstin torpaqlarında yeni yaşayış mәskәnlәrin tikilmәsini nәzәrdә tutan qərarından tәşviş duyduğunu bildirib.

307614
ABŞ-dan  İsrailә reaksiya

ABŞ Dövlәt katibliyinin nümayәndәsi Mark Toner verdiyi açıqlamada bildirib ki, “İsrailin, İordan Çayının Qәrb Sahilindә və Şərqi Qüdsdə yeni yaşayış mәskәnlәrin tikilmәsi planından tәşviş duyuruq. Bölgədə davam edәn tikinti fәaliyyәtlәri dayandırılmalıdır”.
"İsrail hökumətinin İordan Çayının Qәrb Sahilindә təxminən 300 iqamətgahlıq, Şərqi Qüdsdə isә yüzlərlə mənzil tikilmәsinә dair qәrarının narahatlıq yaratdığını, bunun iki dövlətli həll planına zәrәr verdiyini ifadә edәn Toner, "ABŞ, İordan Çayının Qәrb Sahillәrindә və Şərqi Qüdsdə yeni inşaatların qeyri-qanuni olduğuna inanır vә bu addımların dayandırılmasını, İsrail hökumətinin iki dövlətli həll mövzusuna zәrәr verәcәk cəhdlərdən imtina etmәsini istәyirik” deyә vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr