2050-ci ildə dünya əhalisi nə qədər olacaq?
Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial İşlər Bölümündə hazırlanan dünya əhalisinin artım proqnozları barədə hesabat dərc olunub.
Bu gün dünya əhalisinin sayı 7,3 milyarddır. 2030-cu ildə bu rəqəm 8,5 milyarda, 2050-ci ildə 9,7 milyarda, 2100-ci ildə isə 11,2 milyarda çatacağı gözlənilir.
2050-ci ilə qədər bütün dünya üzrə əhali artımının təxminən yarısı Hindistan, Nigeriya, Pakistan, Konqo, Efiopiya, Tanzaniya, ABŞ, İndoneziya və Uqanda ölkələrinin üzərinə düşəcək. Hesabatda hətta 2022-ci ildə Hindistan əhalisinin Çini keçəcəyi qeyd edilir.
78 milyon 666 min olan Türkiyə əhalisinin 2030-cu ildə 87 milyon 717 min, 2050-ci ildə isə 95 milyon 819 min olacağı gözlənilir.
Türkiyə əhalisinin əsrin sonuna doğru azalmağa başlayacağı, 2100-cü ildə 87 milyon 983 minə düşəcəyi təxmin edilir.
Әlaqәli Xәbәrlәr

İsraildә Binyamin Netanyahuya qarşı etiraz aksiyaları davam edir
İsraildә Baş nazir Binyamin Netanyahu әleyhinә etiraz aksiyaları davam edir.