Qərbi Şəriyədə polislə gəlmə yəhudilər arasında gərginlik

İşğal altındakı Qərbi Şəriyədə gəlmə yəhudilərlə İsrail polisi arasında qarşıdurma yaranıb.

306433
Qərbi Şəriyədə polislə gəlmə yəhudilər arasında gərginlik

  İsrail Ali Məhkəməsi Ramallah yaxınlığında şovinist yəhudilərin yaşadığı bölgədə icazəsiz inşa edilən binaların sökülməsinə qərar verib.

  Bölgədəki iki binanın köçürülməsi zamanı qərara əks reaksiya göstərərək evlərini tərk etmək istəməyənlər polisə müqavimət göstərib.

  Gərginliyə səbəb olan yəhudilərin bir çoxu polis gücü ilə bölgədən uzaqlaşdırılıb, bir çoxu isə nəzarətə alınıb.

  Qeyd edək ki, İsrailin Qərbi Şəriyədə inşa etdirdiyi yəhudi yaşayış binaları beynəlxalq qanunlar tərəfindən qeyri-qanuni elan olunub, amma Tel Aviv rəhbərliyi bunu qəbul etmir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr