Fransa və İngiltərə immiqrant problemi üçün birgə fond yaradır

Fransa və İngiltərə qaçaq immiqrant problemi ilə mübarizə üçün 7 milyon funsterlinq büdcəsi olan əlavə fond yaradırlar.

305965
Fransa və İngiltərə immiqrant problemi üçün birgə fond yaradır

Problemin birgə həllini axtaran iki ölkədən olan vəkillər Londonda bir araya gəlib. İngiltərənin Daxili İşlər naziri Theresa May və Fransa Daxili İşlər naziri Bernar Kaznövün rəhbərlik etdiyi heyətlər görüşlərdə iki ölkəni La-Manş boğazı altından birləşdirən tuneldə rast gəlinən qaçaq immiqrant probleminə qarşı görüləcək maliyyə tədbirləri haqqında danışıblar. İki ölkə Afrika mənşəli immiqrantların ölkələrinə göndərilməsi mövzusunda birlikdə iş aparacaqlarına qərar verərək Nigerdə ilin sonuna qədər immiqrantlar üçün bir dəstək mərkəzi açılması barədə də razılığa gəliblər. Fransanın Kale şəhərindən İngiltərəyə qeyri-qanuni yollarla keçmək üçün təhlükəsizlik xəttini keçərək La-Manş Tunelinə girməyə çalışan 2 min nəfərə yaxın qaçqın bu ölkələrdə həyəcan yaratmışdı. Belə ki, tunel son aylarda yaşanan ən ciddi qaçqın hücumuna məruz qalıb, nəticədə isə iki ölkə arasındakı qatar hərəkətlərində ləngimələr yaranmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr