Somali, Kamerun və Nigeriyada terror aktları törədilib

Somali, Kamerun və Nigeriyadakı terror aktları zamanı onlarla insan həyatını itirib, 100-dən çoxu isə yaralanıb.

385226
Somali, Kamerun və Nigeriyada terror aktları törədilib

Somalinin paytaxtı Mogadişuda xarici missiya rəhbərlərinin qaldığı bir otelə bomba yüklü avtomobillə təşkil edilən hücumda 13 nəfər ölüb. Hücuma görə məsuliyyəti terror təşkilatı olan Eş-Şebab boynuna götürüb. Qatar və Çinin diplomatik misyalarının da yerləşdiyi otelə Eş-Şebab daha əvvəl də hücum təşkil etmişdi. Oteli hədəf alan hücumu yazılı bir şərhlə qınayan Somali prezidenti Həsən Şeyx Mahmud "Terror hücumu ölkənin dinclik və təhlükəsizliyini baltalamaq məqsədi daşıyır. Bu cür terror hücumları məqsədlərinə çata bilməyəcək" deyə Somali prezidenti bildirib. Nigeriyanın şimal-şərqindəki Damaturu şəhərində isə bir qadın kamikadzenin bazarda törətdiyi partlayışda 15 nəfər həlak olub 50 isə yaralanıb. Kamerunun Maruan şəhərində yenə bir qadın intihar bombacısının həyata keçirdiyi partlayışda isı 19 adam ölüb 62 nəfər isə yaralanıb. Hər iki terror aktına görə məsuliyyəti hələki heç kim üzərinə götürməyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr