ABŞ prezidenti Barak Obama ata ocağı Keniyada

Amerika Birləşmiş Ştatlar prezidenti vəzifəsinə gəldikdən sonra ilk dəfə olaraq ana vətəninə rəsmi səfər edib.

347219
  ABŞ prezidenti Barak Obama ata ocağı Keniyada

  Barak Obamanı paytaxt Nairobidə Keniya prezidenti Uhuru Kenyatta və hökumət rəsmiləri qarşılayıb.

  Ziyarət dəftərini imzalayan Birləşmiş Ştatlar prezidenti Keniyada iki ölkə əlaqələrini daha da inkişaf etdirməyi nəzərdə tutan danışıqlar aparacaq və bir sıra müqavilələr imzalayacaq.

  Obamanın Nairobi səfərində ilk dayanacağı qohumlarının iştirakı ilə olub. Səmimi bir mühitdə təşkil edilən yemək süfrəsində Obama ata tərəfindən bir çox qohumu ilə söhbət etməyə imkan tapıb.

  Eş Şebab terror təşkilatının təsir gücünün böyük olduğu Keniyada Amerika prezidentinin səfəri ilə əlaqədar minlərlə təhlükəsizlik əməkdaşı cəlb olunub.

  Obama Keniya səfərindən sonra Efiopiyaya gedərək Afrika Birliyiyinin toplantısına qatılacaq.

  Bu arada onu da qeyd edək ki, Obama Efiopiyaya da səfər edən ilk Amerika prezidenti olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr