Kanadada yeni terror qanunu

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi Kanadanın təhlükəsizlik gücləri və ölkə kəşfiyyat vahidlərinə geniş səlahiyyətlər verən yeni terror qanunundan narahat olduğunu bildirib.

384596
Kanadada yeni terror qanunu

  Edilən şərhdə qanunla birlikdə tətbiqlərin Beynəlxalq İnsan Hüquqları Standartları altında qalmayacağı və azadlıqların pozulacağı yazılır.

  Cenevrə Mərkəzli İnsan Hüquqları Komitəsi həmçinin həbsxana şərtləri, immiqrantlara nəzarət rəftarları və vətəndaşlara bərabər davranılması mövzularında da narahatlığını dilə gətirib.

  Qeyd edək ki, Kanada Parlamenti bu yeni anti-terror qanununu bu ayın əvvəlində təsdiq edib. Bundan başqa, turizmdən tutmuş bank sisteminə qədər olan bütün işlərdə terrorla mübarizə ilə bağlı yeni tənzimləmələr artırıb.

  Kanadanın bir çox vətəndaş qurumu terror təşkilatı DEAŞ-la mübarizəni bəhanə edərək çıxarılan qanunu anti-demokratik adlandıraraq münasibət bildiriblər.

  BMT İnsan Hüquqları Komitəsi Kanadaya müraciətində həm də ölkənin qırmızı dərili vətəndaşlarıyla bağlı bərabərsizliyin aradan qaldırılması üçün hökumətə səslənib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr