Buxari Boko Haram terroruna qarşı dəstək axtarır

Boko Haram terroru üzündən çətin günlər yaşayan Nigeriya prezidenti Məhəmməd Buxari Amerika Birləşmiş Ştatlarında dəstəklə bağlı səfərdədir.

346589
Buxari Boko Haram terroruna qarşı dəstək axtarır

  Ağ Evdə Buxarini qəbul edən prezident Barak Obama Nigeriyanın Boko Harama qarşı icra etdiyi mübarizəni təqdir edib və Vaşinqton yardım edəcəyini bildirib.

  Buxari Obamadan sonra Dövlət katibi Con Keri (John Kerry) ilə görüşüb. Onlar birlikdə kameralar qarşısında çıxış edərək Boko Haramın yox edilməsi üçün nə lazımdırsa edəcəklərini söyləyiblər. Keri mətbuata prezident Buxarilə terrorla mübarizə ilə bağlı əhəmiyyətli bir razılaşma imzaladıqlarını da açıqlayıb.

  Vaşinqton görüşləri çərçivəsində Dünya Bankı nümayəndələri ilə də bir araya gələn Buxari ölkəsinə 2 milyard dollardan çox maddi dəstək alıb və bu pulun Boko Haram terroruna qarşı, eyni zamanda, xarab olan ölkəsinin yenidən qurulmasına istifadə edəcəyini bildirib.

  Beləliklə, Buxari, Bill, Melinda Gates Cəmiyyəti və Beynəlxalq Səhiyyə Təşkilatı nümayəndələri birlikdə Nigeriya üçün dəstək istəyiblər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr