ABŞ-Nigeriya arasında yeni әmәkdaşlıq

ABŞ prezidenti Barak Obama, Nigeriyanın yeni prezidenti Məhəmməd Buxari ilə Ağ Evdə bir araya gәlib. 

382930
ABŞ-Nigeriya arasında yeni әmәkdaşlıq

Buxarinin ölkəsinin təhlükəsizliyi və iqtisadi inkişafı uğrunda addığı adımları yüksәk qiymәtlәndirәn Obama, Nigeriyanın, terror təşkilatı Boko Harama qarşı etdiyi mübarizәdәn tәriflә söz aparıb. Nijerya ilә terror vә Korrupsiyaya qarşı mübarizәdә əməkdaşlıq edəcəklərini vurğulayıb. 

Nigeriya prezidenti Buxari də, ölkəsində demokratiyanın inkişafına dәstәk olan Obama rəhbərliyinə minnәtdarlığını bildirib.
Qeyd edәk ki, Afrika qitəsinin ən böyük iqtisadiyyatına sahib vә 170 milyon əhalisi olan Nigeriya, terror tәşkilatı Boko Harama qarşı mübarizә edir. Ölkәdә 6 ildir davam edən şiddət hadisələrində 15 min nәfәr hәyatını itirib, 500 min nәfәr evini tərk etmək məcburiyyətində qalıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr