ABŞ Konqresi İran sazişini müzakirə edəcək

ABŞ Dövlәt katibliyi İranla bağlı sazişi baxılmaq üşün Konqresə təqdim edib

382592
ABŞ Konqresi İran sazişini müzakirə edəcək

ABŞ-da, İranla uzun müzakirələr nəticəsində əldə olunan nüvə razılaşmasına dair işlәr davam edir. Dövlәt katibliyi müqaviləni Amerika Konqresində təqdim edib.
Dövlәt katibliyindәn verilәn açıqlamada bildirilib ki, razılaşma hesabat və gizli sәdәnlәrlә birlikdə Konqresə tәqdim edilib. Açıqlamada hәmçinin xatırladılıb ki, müqavilə әleyhindә bir layihənin qәbul edilmәsi halında Barak Obama söz mövzusu layihәni veto edəcәk.
Digər tərəfdən bu gün BMT Təhlükəsizlik Şurasında müqaviləni tәsdiqlәyәn və BMT-nin İrana istiqamətli sanksiyalarının mәrhәlәli şәkildә lәğv edilmәsini tənzimləyən qərar layihəsi müzakirә edilәcәk. Türkiyə vaxtıyla saat 16.00 müzakirә edilәcәk olan layihә ilә bağlı keçirilәcәk sәs vermәdә sәnәdin qəbul edilməsi üçün şuradakı 15 üzvdən 9-u müsbət səs vermәli vә ABŞ, Rusiya, Çin, İngiltərə və Fransadan ibarәt daimi üzvlərdәn heç biri tәrәfindәn veto edilmәmәlidir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr