ABŞ-da Kuba, Kubada ABŞ səfirliyi açılır

Amerika Birləşmiş Ştatları ilə Kuba arasında əlaqələrin yenidən bərpa olunması və normallaşdırılmasının ilkin mərhələlərindən biri həyata keçir.

382413
ABŞ-da Kuba, Kubada ABŞ səfirliyi açılır

  Kubanın Xarici İşlər naziri Bruno Rodriqes (Rodriguez) tərəfindən bu gün rəsmi olaraq Vaşinqtonda Kuba səfirliyi açılır.

  Amerika Birləşmiş Ştatlarının isə Havanada səfirliyi avqust ayında ABŞ dövlət katibi Con Keri (John Kerry) tərəfindən həyata keçəcək.

  Türkiyə saatı ilə 17.30-da reallaşacaq açılışdan sonra bir araya gələcək iki ölkənin xarici işlər nazirləri ortaq mətbuat konfransında çıxış edəcək və jurnalistlərin suallarına cavab verəcəklər.

  Beləliklə, Kuba bayrağı da artıq ABŞ Dövlət Katibliyinin binası qarşısında dalğalanan bayraqlar arasında olacaq.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr